EN

Bəzi bələdiyyə seçkilərinin nəticələri ləğv edildi

Bəzi bələdiyyələr üzrə seçkinin nəticələri etibarsız hesab edilib.

7Times.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.

O qeyd edib ki, 81 saylı İmişli ( Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib.

90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.

Chosen
38
18
7times.az

10Sources