EN

Mbappeyə qarşı kobudluğa görə matçın hakimləri cəzalandırıldı

La Liqada son “İspanyol” – “Real” (1:0) matçında Karlos Romero Kilian Mbappeyə qarşı sərt kobudluq etdi, ancaq sarı vərəqə aldı.

Futbolpress.az xəbər verir ki, “Kadena Kope”dan olan jurnalistlər bu məqamda hakimlərin danışıqlarının məzmununu açıqlayıblar. Hakim Alexandro Muniz Ruiz köməkçilərindən “Real”ın sürətli hücumu zamanı hansı “İspanyol” oyunçusunun qayda pozuntusuna yol verdiyini təklif etmələrini istəyib. Yan xətt hakimi Dieqo Sançes Roxo hakimə Romeroya qırmızı vərəqə göstərməyi tövsiyə edib.

Lakin daha sonra dördüncü hakim müdaxilə edərək ciddi təmas olmadığını, ona görə də vərəqənin sarı olması lazım olduğunu bildirib. VAR hakimi Xavyer İqlesias Villanueva dördüncü hakimlə razılaşıb və epizodu nəzərdən keçirdikdən sonra aşkar səhv olmadığına qərar verib. Ona görə də baş hakimi monitora çağırmayıb.

Bildiyiniz kimi, həmin oyundan sonra matçın baş hakimi və VAR cəzalandırılıb.

Chosen
24
futbolpress.az

1Sources