EN

Emin Mahmudov azarkeşlərə vəd verdi: "Bundan sonra..."

Samir Abasovun "Neftçi"yə gəlişi ilə Emin Mahmudovun ötən günlərini qaytaracağına ümidlər böyük idi.

Düzdü, ilk vaxtlar hər şey heç də gözlənilən kimi getmədi. Bunda təcrübəli futbolçunun zədə almasının rolu az deyildi.

Amma zaman göstərdi ki, buna inanmaq boşuna deyilmiş.

Qış fasiləsindən sonra qarşımızda tam fərqli Mahmudov var.

Sabiq kapitan "ağ qaralar"ın lideri olmasını performansı ilə ortaya qoymaqdadır.

Yarımmüdafiəçi son 3 matçda 2 qol, 1 məhsuldar ötürmə etməsi də bundan xəbər verir.

Artıq fanatların ondan olan gözləntiləri hər keçən gün böyüyür.

"8 nömrə" Sportinfo.az-a açıqlamasında bu məqamın onu daha da motivasiya etdiyini bildirib:

"Azarkeşlərin inamı mənə əlavə motivasiya verir. Oların dəstəyini həmişə hiss etmişəm. Hər birinə çox sağ ol deyirəm.

Çalışacam ki, daha yaxşı olum və komandama daha çox fayda verim".

Paytaxt klubu ardıcıl 3 görüşdü qələbə qazanır. Qarşıdan isə "Qarabağ"la daha ağır sınaq gəlir. Mahmudov "uğurlu seriyanı davam etdirmək çətin olmayacaq" sualına belə cavab verib:

"Bizim üçün indi çox vacibdir ki, yaxşı bərpə olunaq və oyuna yaxşı hazır olaq. Əlimizdən gələn edəcəyik ki, qələbə qazanaq".

XANOĞLAN Samir Abasovun "Neftçi"yə gəlişi ilə Emin Mahmudovun ötən günlərini qaytaracağına ümidlər böyük idi.

Düzdü, ilk vaxtlar hər şey heç də gözlənilən kimi getmədi. Bunda təcrübəli futbolçunun zədə almasının rolu az deyildi.

Amma zaman göstərdi ki, buna inanmaq boşuna deyilmiş.

Qış fasiləsindən sonra qarşımızda tam fərqli Mahmudov var.

Sabiq kapitan "ağ qaralar"ın lideri olmasını performansı ilə ortaya qoymaqdadır.

Yarımmüdafiəçi son 3 matçda 2 qol, 1 məhsuldar ötürmə etməsi də bundan xəbər verir.

Artıq fanatların ondan olan gözləntiləri hər keçən gün böyüyür.

"8 nömrə" Sportinfo.az-a açıqlamasında bu məqamın onu daha da motivasiya etdiyini bildirib:

"Azarkeşlərin inamı mənə əlavə motivasiya verir. Oların dəstəyini həmişə hiss etmişəm. Hər birinə çox sağ ol deyirəm.

Çalışacam ki, daha yaxşı olum və komandama daha çox fayda verim".

Paytaxt klubu ardıcıl 3 görüşdü qələbə qazanır. Qarşıdan isə "Qarabağ"la daha ağır sınaq gəlir. Mahmudov "uğurlu seriyanı davam etdirmək çətin olmayacaq" sualına belə cavab verib:

"Bizim üçün indi çox vacibdir ki, yaxşı bərpə olunaq və oyuna kimi hazır olaq. Əlimizdən gələn edəcəyik ki, qələbə qazanaq".

XANOĞLAN

Chosen
16
sportinfo.az

1Sources