EN

Məhkəmədə ermınilərin təcavüzkar müharibə gedişatında muzdlu döyüşçülərdən istifadə edilməsi faktları açıqlandı

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsindəsülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, ocümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələkeçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavitBabayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayətiişləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davametdirilib.

Trend xəbər verirki, məhkəmədə ittiham aktının nəticəvi hissəsinin elan edilməsizamanı dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibəgedişatında muzdlu döyüşçülərdən istifadə edilməsi faktlarını elanedib.

Qeyd edilib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədiləVartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terrortəşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları,Rusiya Federasiyası və digər ölkələrin erməniəsilli vətəndaşlarınvə müxtəlif terror təşkilatlarının üzvlərinin AzərbaycanRespublikasının işğal olunmuş ərazilərində silah-sursatlarla təminedilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.

Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terrortəşkilatları, Fransa Respublikasının “Zouaves Paris” (ZVP)qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbiqruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşıbaşlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimiiştirakını təşkil etmək üçün Ermənistan Respublikasının ərazisindənişğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməkləAzərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər,Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycanaqarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təminedilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
56
33
az.trend.az

10Sources