"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson Cüzeppe Rossi ilə vidalaşmaq üçün karyerasını bir oyunluq bərpa edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
“Mançester Yunayted”, “Fiorentina”, “Vilyarreal” klublarının karyerasını 2023-cü ildə SPAL-da başa vurub. İtaliyalı forvard vida matçı keçirməyi planlaşdırır. Onun arzusu martın 22-də gerçəkləşəcək. "Artemio Franki"də baş tutacaq matçda Ferqyusonla yanaşı, Luka Toni, Sebastyan Frey, Borxa Valero, Qabriel Batistuta və digər keçmiş futbol ulduzları da çıxış edəcək.
Qeyd edək ki, Rossi Pekində keçirilən Olimpiada-2008-in futbol turnirinin bombardiri olub.
Mirağa