EN

Aİ ilə ABŞ arasında gərginlik: Norveçin Baş naziri Vensə cavab verdi

Norveçin Baş naziri Yonas Qar Stör ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropadakı demokratiyanın vəziyyətindən narazılığını ifadə etməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, baş nazir bu barədə “TV2″yə açıqlamasında danışıb.

O bildirib ki, Vensin söylədiyi tezislərin çoxu ilə razı deyil: “Düşünmürəm ki, Avropada ən böyük problem söz azadlığının aşağı düşməsi ilə bağlıdır”.

Qeyd edək ki, Vens Münhendəki çıxışının əsas hissəsini Aİ-nin saxta xəbərlər və təbliğatla mübarizə siyasətinin tənqidinə həsr edib.

Buna cavab olaraq Almaniyanın müdafiə Vensın Avropadakı demokratiya ilə avtoritar rejimlərdə hökm sürən sistemlə müqayisəsini qəbuledilməz adlandırıb .

Chosen
51
30
yenicag.az

10Sources