EN

Erməni futbolçu "Trabzonspor"dan imtina etdi

“Trabzonspor” “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyanla maraqlanmayıb. 

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu Türkiyə klubuna transfer olmaq istəməyib.

Daha əvvəl “Krasnodar”ın “Trabzonspor”un 24 yaşlı futbolçunun transferi üçün 10 milyon avrodan çox təklifini qəbul etdiyini, lakin futbolçu Ermənistan Futbol Federasiyası və millinin müvəqqəti məşqçisi Suren Çaxalyanla görüşdükdən sonra bu transferi rədd etdiyi iddia edilmişdi.

Bu mövsüm Spertsyan bütün turnirlərdə 26 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Chosen
21
90deqiqe.az

1Sources