"Bavariya" yarımmüdafiəçisi Camal Musiala klubu ilə müqaviləsini uzadıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun "Bavariya" ilə yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Musiala 2020-ci ildən əsas komandada çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 30 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, Musialanın dəyəri 140 milyon avrodur. Daha əvvəl "Barselona"nın alman yarımmüdafiəçi ilə maraqlandığı bildirilirdi.