EN

Tramp administrasiyası hər cəhətdən qazanclı çıxacaq



ABŞ prezidenti Donald Tramp Hindistana 5-ci nəsil F 35 döyüş təyyarələrinin satılacağını açıqladı. Detallar üzərində razılaşma əldə olunacağı təqdirdə yaxın illərdə F 35- lər Hindistan səmasın qoruyacaq.
ABŞ üçün F 35-lərin Hindistana satılması həm siyasi, həm iqtisadi, həm də hərbi kontekstdə olduqca əhəmiyyətli bir prosesdir və ardında qlobal maraqlar dayanır.
Siyasi aspektdə, Vaşinqton rəsmiləri yaxşı bilir ki, bölgə dövlətləri arasında Çinə qarşı mübarizə etmək potensialında olan yeganə ölkə məhz Hindistandır. Bu səbəbdən Dehli ilə uzunmüddətli hərbi əlaqələrin qurulması cəhdləri strateji gedişdir.
İqtisadi tərəfləri isə hal hazırda Modi hökuməti Pakistan və Çinə qarşı güc balansını qoruyub saxlamaq üçün silahlanma xərclərini artırır. Belə olduğu təqdirdə Hindistan kimi böyük bazar ABŞ silah şirkətləri üçün yaxşı qazanc mənbəyi ola bilər.
Hərbi cəhətdən isə döyüş təyyarələri kimi mürrəkəb sxemə malik hərbi avadanlıqların alqı-satqısı uzunmüddətli əməkdaşlıq tələb edir və alan tərəf müəyyən mənada istehsalıçı ölkədən aslı olur. Yəni, ABŞ bir cəhətdən Hindistanın hava məkanında mövcud olacaq. Təbii ki, rəsmi Vaşinqton F 35- lərin Hindistan hava hücumundan müdafiə sisteminin vacib komponenti olan Rusiya istehsalı S 400-lər ilə inteqrasiyasına icazə verməyəcək. Bu təyyarənin məlumatlarının Moskvanın əlinə keçməsi risqini artırır. Ancaq hesab edirəm ki, rəsmi Dehli Ağ evin istəyinə qarşı gəlməyəcək.
Bir sözlə, əməkdaşlıq baş tutacağı halda Tramp administrasiyası hər cəhətdən qazanclı çıxacaq.
Məsələnin Hindistan tərəfindən təhlilinə gəldikdə isə, Dehli üçün bu hərbi cəhətdən yeni bir eranın başlanğıcı olacaq. Hindistan müdafiə sənayesi bir çox uğurlu işlər görməyi bacarsa da, aviasiya sahəsində hələ ki, əsas rəqibləri Çin və Pakistandan çox geri qalır. F 35-lərin gəlişi rəsmi İslamabad qarşısında üstünlük, Pekin qarşısında isə balans deməkdir.
Lakin müvəqqəti. Çünki Çin Xalq Respublikası yaxın günlərdə aviasiya sahəsində inqilab edərək ard-arda iki 6 - cı nəsil döyüş təyyarələrinin sınaq uçuşlarını həyata keçirdi. Onların silahlanmaya qəbul edilməsi isə Qlobal müstəvidə liderlik mənasına gəlir. Ancaq hələ ki, Hindistan üçün vaxt var və F 35 kimi super stels texnologiyaya malik təyyarəyə sahib olmaq üstünlükdür.Bunula yanaşı təcrübə proqramları sayəsində ölkə sənayesi müəyyən qədər texnologiya transferinə nail ola bilər.
Siyasi şərhçi Pərviz Mirizadə
Chosen
13
newscenter.az

1Sources