EN

"Rusiya Çernobıl Atom Elektrik Stansiyasına hücum edib" - MAQATE

"Dünyada belə obyektlərə hücum edə bilən, atom stansiyalarının ərazilərini işğal edən yeganə dövlət bügünkü Rusiyadır..."
 
Cümə gecəsi Rusiyaya məxsus zərbə PUA-sı Çernobıl Atom Elektrik Stansiyasının (AES) qoruyucu qübbəsini zədələyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mediası və Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
 
"Bu gecə Rusiya zərbə dronu partlayıcı döyüş başlığı ilə dünyanı Çernobıl AES-in dağıdılmış 4-cü enerji blokunun radiasiyasından qoruyan sığınacağa tuş gəlib", - Zelenski "Telegram"da yazıb.
 
Ukrayna liderinin sözlərinə görə, "Sarkofaq" ciddi zədələnib, yanğın başlayıb, lakin operativ şəkildə söndürülüb. Radiasiya fonunda artım qeydə alınmayıb. Yayılmış görüntülərə əsasən, sığınacağın örtüyü deşilib.
 
Zelenskinin sözlərinə görə, bu gecə partlayıcı döyüş başlığı olan dron atom elektrik stansiyasının dördüncü enerji blokunun üzərindəki izolyasiya qurğusuna zərbə endirib. Nəticədə yanğın baş verib, lakin söndürülüb.
 
"Dron 85 metr hündürlükdə uçub. Radarlar bu hündürlüyü görmür. Bu da bizə bu gün deməyə əsas verir ki, əgər radarlar bu hündürlüyü görmürsə, deməli, rusiyalılar bunu qəsdən edib. Zərbə məhz Münhen Təhlükəsizlik Konfransının açıldığı gün sarkofaqa endirilib. Mənə elə gəlir ki, bu, Putindən və Rusiya Federasiyasından "anlaşılan" bir salamdır», -  Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
 
"Dünyada belə obyektlərə hücum edə bilən, atom stansiyalarının ərazilərini işğal edən və nəticələri nəzərə almadan döyüş aparan yeganə dövlət bugünkü Rusiyadır. Bu, bütün dünya üçün terror təhlükəsidir", - Zelenski vurğulayıb. Onun fikrincə, bu cür hücumlar Rusiya lideri Vladimir Putinin sülh danışıqlarına hazır olmadığını sübut edir.
 
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Rusiya PUA-sının qoruyucu qübbənin örtüyünü zədələdiyini təsdiqləyib və fotoşəkillər yayımlayıb. 
 
"Yanğınsöndürənlər bir neçə dəqiqə ərzində müdaxilə edib. Hazırda sığınacağın daxili örtüyünün pozulduğuna dair heç bir əlamət yoxdur. Radiasiya səviyyəsi həm içəridə, həm də xaricdə normal və stabil olaraq qalır. Tələfat barədə məlumat yoxdur. MAQATE vəziyyəti izləməyə davam edir", - agentlik bəyan edib.
 
"Dron 85 metr hündürlükdə uçub. Radarlar bu hündürlüyü görmür. Bu da bizə bu gün deməyə əsas verir ki, əgər radarlar bu hündürlüyü görmürsə, deməli, rusiyalılar bunu qəsdən edib. Zərbə məhz Münhen Təhlükəsizlik Konfransının açıldığı gün sarkofaqa endirilib. Mənə elə gəlir ki, bu, Putindən və Rusiya Federasiyasından "anlaşılan" bir salamdır", -  Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
 
Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov isə mətbuat konfransında Çernobıl AES-ə dron hücumunu "Kiyevin təxribatı" adlandırıb və Rusiyanın nüvə energetikası obyektlərinə zərbə endirmədiyini bildirib.
 
Ukrayna xarici işlər nazirinin müavini Andrey Sibiga isə "X" sosial şəbəkəsində yazıb ki, MAQATE-nin baş direktoru Rafael Qrossi ilə təcili görüş keçirib, orada Rusiyaya məxsus PUA-nın Çernobıl AES-ə hücumunu müzakirə edib və "Rusiyanın nüvə şantajına qarşı qəti beynəlxalq reaksiya" çağırışı edib.
 
Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak isə bu gün açılan Münhen Təhlükəsizlik Konfransına qatılaraq Rusiya tərəfindən nüvə obyektinə edilən hücuma dair nümayəndələrin reaksiyası barədə danışıb.
Chosen
24
moderator.az

1Sources