EN

Səhər yeməyi necə olmalıdır? - Ət və balıq…

Səhər yeməyinin tərkibi kifayət qədər zülallar, mürəkkəb karbohidratlar və sağlam yağlardan ibarət olmalıdır. Yalnız bu halda sağlam səhər yeməyindən söhbət gedə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə qastroenteroloq, tibb elmləri namizədi, Hemotest laboratoriyasının eksperti Yekaterina Kaşux life.ru-ya müsahibəsində deyib.

Mütəxəssis səhər yeməyində ət və ya balıq yeməyin olduqca faydalı olduğunu vurğulayıb: “Çünki heyvan zülallarının həzm edilməsi daha uzun vaxt tələb edir və buna görə də daha uzun müddət tox qala bilərsiniz. Tam taxıl sıyığı, omlet və ya pendir, kəsmik də səhərlər faydalıdır. Ancaq günə sendviç və qəhvə ilə başlamaq sağlamlıq üçün olduqca zərərlidir”.

O izah edib ki, bu halda orqanizm nahar vaxtı daha çox yemək tələb edir və əgər gündəlik rejim nahar etməyə imkan vermirsə, o zaman aclıq hissi daha da güclənir. Beləcə axşamlar normadan artıq qidalanaraq həm mədəni yükləyir həm də sağlamlığa mənfi təsir göstərmiş oluruq.

Kaşuk qeyd edib ki, gündəlik rasionumuzun 25%-ni səhər yeməyi, 20%-ni isə ikinci səhər yeməyi üçün ayırmaq lazımdır. Qidanın gündəlik normasının digər 35%-i naharda, 20%-i isə axşam yeməyində yeyilə bilər.

Qastroenteroloq deyir ki, rasional qidalanma prinsiplərinə əsasən, əsas yeməklər arasında qəlyanaltılar olmadan, 4-5 saat fasilə ilə gündə dörd dəfə qidalanmaq lazımdır.

Eyni zamanda, lazımsız qidalar gündəlik pəhrizin 10-15% -dən çoxunu təşkil etməməlidir. Buraya, şirniyyatlar, un məmulatları və çipslər daxildir.

Bizim.Media

Chosen
32
4
bizim.media

8Sources