EN

Qeyri-adi rekord: 11 saniyəyə 2 qol vurdular

  Dörd Millət Turniri çərçivəsində keçirilən Finlandiya – ABŞ hokkey matçında (1:6) qeyri-adi rekord qeydə alınıb.

Amerikalı oyunçular Metyu Tkaçuk və Ceyk Quentzel üçüncü hissənin əvvəlində 11 saniyə fərqlə şaybanı qapıdan keçiriblər. Bununla onlar ən sürətli iki qola görə beynəlxalq turnir rekordunu təkrarlayıblar.

Daha əvvəl rekord 1991-ci ildə Kanada Kubokunda, “Finlandiyaya”nın heyətində iki dəfə fərqlənən amerikalı Coel Ottoya məxsus idi./publika.az  


Chosen
7
1
referans.az

2Sources