EN

Ermənistan muzdlu döyüşçülərdən istifadə edib

Ermənistan Vətən müharibəsi gedişatında muzdlu döyüşçülərdən istifadə edib.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Təranə Məmmədova ittiham aktını elan edən zaman deyib.

O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviçin yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində silah-sursatla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.

Bundan başqa, ASALA terror təşkilatı, PKK-PYD-YPG terror təşkilatları, Fransanın “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycanın Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Chosen
59
16
konkret.az

10Sources