EN

Zelenski və Vensin Münxen görüşünün TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti Devid Vens arasında geniş tərkibdə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Zelenski özünün “telegram” kanalında görüşün təfərrüatları barədə yazıb.

“Komandalarımız Rusiya ilə münaqişənin nizamlanmasına dair sənəd üzərində işləməyə davam edəcək. Biz bir çox əsas məsələləri nəzərdən keçirdik və gələcək görüşlər və yerlərdə vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Ukraynada general Kelloqu (ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq - red.) səbirsizliklə gözləyirik”, - deyə Zelenski qeyd edib.

Bizim.Media

Chosen
25
2
bizim.media

4Sources