EN

Apple şirkəti peşəkarlar üçün yeni bahalı ekran buraxmaq istəyir

"Apple" 2025-ci ilin sonuna qədər 27 düymlük mini-LED ekran buraxmağı planlaşdırır.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Yeni ekran ilk dəfə 2022-ci ildə təqdim olunan Studio Display-in təkmilləşdirilmiş versiyası ola bilər. Hazırkı model 5K LED paneldən istifadə edir, mini-LED texnologiyasına keçid isə əvvəlki versiyaya nisbətən əhəmiyyətli bir yeniləmə olacaq.

Bildirilir ki, displey üçün işıq diodlarını "Epistar" şirkəti təmin edəcək, panellərin istehsalı isə "LG Display" tərəfindən həyata keçiriləcək.

Chosen
28
3
olke.az

4Sources