EN

"Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar

"Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlarMəşhur reper Kanye Uest və həyat yoldaşı Byanka Senzori "Qremmi" qalmaqalından sonra boşanmağa hazırlaşırlar.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Daily Mail" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, mükafat mərasimindəki qalmaqallı çıxışdan 10 günə yaxın vaxt keçdikdən sonra onlar ayrılıblar.

Mənbə vurğulayıb ki, model təkcə geyimə görə deyil, həm də Kanyenin nasist bəyanatlarına görə boşanma ərizəsi verib.

"Cütlük artıq birlikdə yaşamır və yaxın günlərdə rəsmi olaraq nikahı pozmağı planlaşdırır", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.

Ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori diqqətləri öz üzərilərinə çəkiblər. Kanye Uest qara idman köynəyində və şalvarda, Byanka Senzori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb. Qadın daha sonra kürkü üzərindən çıxarıb və tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan Kanye Uestin həyat yoldaşı soyuqqanlılıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.

Chosen
59
2
sonxeber.az

10Sources