EN

Bu, ABŞ-la əlaqələrdə dönüş nöqtəsi ola bilər - Pistorius

Avropa Birliyinin Ukrayna danışıqlarından kənarda qalması ABŞ-la münasibətlərdə dönüş nöqtəsi ola bilər.

Axar.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Münhen Təhlükəsizlik Konfransında deyib.

"Son günlər çoxdan dediyimiz şey təsdiqləndi: ABŞ Rusiya və Ukraynanı sürətlə atəşkəsə gətirməyə çalışır və Avropa bu razılaşmanın nəticələri ilə yaşamalı olacaq. Bu, tarixi miqyasda transatlantik münasibətlər üçün dönüş nöqtəsi ola bilər, bundan sonra yollarımız müxtəlif istiqamətlərə getmək təhlükəsi ilə üz-üzə qalıb", - nazir vurğulayıb.

Pistorius qeyd edib ki, Avropa ölkələri güclü mövqedən danışıqlar aparmalıdır.

Chosen
66
30
axar.az

10Sources