EN

Parisdə teatrda baş verən yanğına görə 1,5 min tamaşaçı təxliyə edilib

Fransanın paytaxtı Paris şəhərində zirzəmidə baş verən yanğın səbəbindən Yelisey Sarayı teatrının binasından 1500-ə yaxın insan təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Persey” operası səhnədə olarkən yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45) həyəcan siqnalı verilib.

İlkin məlumata görə, buna səbəb zirzəmidə mətbəxdə baş verən yanğın olub. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə gələrkən bütün tamaşaçılar və işçilər binanı tərk etmək məcburiyyətində qalıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Əşyalarını binaya qoyanlar rəhbərlik geri qayıtmağa icazə verənə qədər bir neçə saat küçədə və yaxınlıqdakı kafelərdə qalmalı olub. Tamaşanın ləğvinə dair qərar verilib.

Chosen
25
1
report.az

10Sources