Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.
Trend xəbər verir ki, ilkgündə bir matç keçiriləcək. Turun açılış oyununda “Sumqayıt” özmeydanında “Zirə”ni qəbul edəcək.
Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddincipillədə qərarlaşıb.
Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 7 matçdırqol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən ildekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin üstünlüyüvar. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovunkomandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-dəkeçiriləcək.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
15 fevral
19:00. “Sumqayıt” - “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, ƏliƏliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16 fevral
16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”
19:00. “Neftçi” - “Qarabağ”
17 fevral
16:00. “Kəpəz” - “Şamaxı”
19:00. “Səbail” - “Sabah”
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol