EN

İlham Əliyev suriyalı həmkarını TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlaması münasibətilə Əhməd əl-Şaraanı təbrik edib.

 

Hokm.az xəbər verir ki, Suriya xalqının rifahı naminə məsul fəaliyyətində Əhməd əl-Şaraaya uğurlar arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

 

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm”.

 

Prezident İlham Əliyev Əhməd əl-Şaraaya ən xoş arzularını çatdırıb, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Chosen
7
49
hokm.az

10Sources