Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Ekologiya.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".