AZ

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Ekologiya.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

2025-02-14 11:44

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

Seçilən
29
49
ekologiya.az

10Mənbələr