PSJ "Liverpul"un müdafiəçisi İbrahima Konateni transfer etmək niyyətindədir. Manset.az xəbər verir ki, Paris klubu 25 yaşlı futbolçunu mayda heyətinə qatmaq istəyir. İ.Konatenin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Mersisayd klubu daha əvvəl fransalı oyunçuya yeni müqavilə təklif edib. Qeyd edək ki, İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.