EN

DİM Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirir

Bakı. Trend:

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvanşəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsilalan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrəfəlsəfə doktoru imtahanı təşkil edir.

DİM-dən Trend-əverilən məlumata görə, imtahanda 215 namizədin iştirakı nəzərdətutulur. Sınaq saat 11:00-da başlayacaq, saat 10:45-də isə binayagiriş başa çatacaq. Bu saatdan sonra gələn iştirakçılar imtahanzalına buraxılmayacaq.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli vəimtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. İmtahan müddətininilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarına, son 1 saat 30 dəqiqəsiisə yazılı tapşırıqlara (esse və vizual məlumatın təsviri)ayrılacaq. Test və yazı blokları arasında 15 dəqiqəlik fasilənəzərdə tutulub.

İmtahan prosesinin təşkilinə 2 imtahan binası, 3 imtahanrəhbəri, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılışrejimi əməkdaşı cəlb olunub.

Bu gün keçirilən imtahan dörd əsas blokdan ibarətdir:dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatiktapşırıqlar) və yazı. Bu imtahanda iştirak etməyənlər danışıq blokuüzrə sınağa buraxılmayacaq.

Danışıq bloku üzrə imtahan fevralın 19-da təşkil olunacaq. İlkdörd blokdan 30 və daha çox bal toplayan, lakin danışıq imtahanındaiştirak etməyən namizədlər şəhadətnamə ala bilməyəcəklər.

Xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoruimtahanlarında hər bir test tapşırığı bir balla qiymətləndirilir vəsəhv cavablar nəticəyə təsir etmir. Yazı və danışıq blokları 10ballıq şkala üzrə dəyərləndirilir. Maksimum 50 bal toplamaqmümkündür. İmtahandan keçmək üçün namizədlər hər blokdan minimum 20faiz, ümumilikdə isə xarici dil imtahanından azı 30 bal, Azərbaycandili imtahanından isə azı 25 bal toplamalıdırlar.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dilivə danışıq bloku üzrə imtahan fevralın 17-də keçiriləcək.

Chosen
50
1
az.trend.az

2Sources