EN

Ucardakı zəncirvari qəzada yaraların sayı artdı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Ucarda baş verən ağır yol qəzasında yaralıların sayı artıb.

Modern.az xəbər verir ki, qəzada xəsarət alanların sayı 22 nəfərə çatıb.

Qeyd edək ki, bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev bildirib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib. İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı 14 maşın toqquşub.

Chosen
33
3
modern.az

8Sources