Azərbaycanlı taekvondo hakimi Ramal Camalov Türkiyənin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) fərqləndirilib. Manset.azxəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Camalov yarışın ən yaxşı kişi hakimi seçilib.