“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.
Viral.az xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək.
O, “Politexnika Yaşi”yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Son Yazılar:
- “Qarabağ”ın sabiq futbolçusunun yeni klubu AÇIQLANDI
- Meyitin ayağına daş bağlayıb suya atıblar
- Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi.