EN

“Mançester Yunayted” Amad Diallo ilə bağlı bəyanat yaydı

“Mançester Yunayted”in ivuarlı sağ cinah hücumçusu Amad Diallo zədələnərək, yaşıl meydanlardan kənarda qalıb.

Arena.az bu barədə “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir:

“Diallo “Tottenhem”lə oyun ərəfəsində məşq zamanı zədələnib. Onun bu görüşdə iştirak etməyəcəyi dəqiqdir. Amadın bir neçə həftəliyə futbolu buraxacağı gözlənilir. Klub futbolçuya tezliklə sağalmağı diləyir”, – “qırmızı şeytanlar”ın bəyanatında deyilir.

Amad Diallo futbola “Boka Barko” klubunda qədəm qoyub, buradan “Atalanta”ya yol taparaq, böyük futbolda debüt edib. Diallo futbolçu karyersı ərzində “Reyncers” və “Sanderlend”də icarə əsasında çıxış edib.

“Mançester Yunayted” Diallonu 2021-ci ilin yanvar ayında “Atalanta”dan 21,3 milyon avro məbləğ müqabilndə tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın düşərgəsinə qatıb. İvuarlı futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Diallo “qırmızı şeytanlar”ın heyətində 36 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.

Diallonun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi 57 oyun, 12 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Amad Diallo 2021-ci ilin mart ayında debüt etdiyi Kot-d’İvuar yığma komandasının heyətində 6 oyuna çıxıb və 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ivuarlı sağ cinah hücumçusu Amad Diallonun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
16
27
arena.az

10Sources