EN

İngiltərə Premyer Liqası: "Liverpul" vacib qələbə qazanıb

Bakı, 16 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" doğma meydanda "Vulverhempton"la qarşılaşıb. Görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un qollarını Luis Dias və Məhəmməd Salah vurublar. Qonaqların yeganə qoluna isə Mateus Kunya imza atıb.

Bu nəticədən sonra xallarını 60-a çatdıran Mersisayd təmsilçisi turnir cədvəlində vahid liderdir.

 

Chosen
93
5
azertag.az

6Sources