EN

Almeyda yeni komandasında debüt etdi

Bu qış "Qarabağ"dan ayrılan Riçard Almeyda yeni klubu "Primavero"da debüt edib.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı futbolçu Braziliya Paulistsa A2 liqasında 10-cu turun matçına çıxıb.

"Taubate" ilə oyun "Primavero"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran "Primavero" zirvədə qərarlaşıb. (Fanat.Az)

Chosen
88
5
bakivaxti.az

6Sources