"Mançester Siti"nin müdafiəçisi Manuel Akanji zədədən sonra uğurla əməliyyat olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə “City Report” məlumat yayıb.
Xatırladaq ki, 29 yaşlı isveçrəli Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la ilk oyununda (2:3) zədələnmişdi. Akanjinin cari mövsümün sonuna kimi artıq komandata kömək edə bilməyəcəyi məlum idi. Bununla belə, komandanın baş məşqçisi Xosep Qvardiola müdafiəçinin səkkiz-on həftədən sonra sıraya qayıdacağını açıqlamışdı.
Akanji bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. “Mançester Siti”nin növbəti oyunu fevralın 19-da “Real Madrid”ə qarşı keçiriləcək.