AZ

"Mançester Siti"nin futbolçusu əməliyyat olunub

"Mançester Siti"nin müdafiəçisi Manuel Akanji zədədən sonra uğurla əməliyyat olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə “City Report” məlumat yayıb.

Xatırladaq ki, 29 yaşlı isveçrəli Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la ilk oyununda (2:3) zədələnmişdi. Akanjinin cari mövsümün sonuna kimi artıq komandata kömək edə bilməyəcəyi məlum idi. Bununla belə, komandanın baş məşqçisi Xosep Qvardiola müdafiəçinin səkkiz-on həftədən sonra sıraya qayıdacağını açıqlamışdı.

Akanji bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. “Mançester Siti”nin növbəti oyunu fevralın 19-da “Real Madrid”ə qarşı keçiriləcək.

Seçilən
29
90deqiqe.az

1Mənbələr