EN

Azərbaycanda qayınata gəlinə QUMBARA ATDI

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Chosen
89
10
qaziler.az

10Sources