Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanın G7-yə qayıtması və formatın "Böyük səkkizliyə" çevrilməsi imkanını rədd edib.
Onun sözlərini LCI telekanalı yayımlayıb.
"Bu gün bu, ağlasığmazdır", - N.Barro bildirib.
Eyni zamanda nazir qeyd edib ki, əgər Ukraynada ədalətli sülh əldə olunarsa, Rusiyanın bu formata qayıtması imkanını istisna etmək olmaz.