Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə yaxın zamanda görüşə biləcəyini bildirib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, O, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün səylər göstərdiyini vurğulayıb və Putinlə görüş ehtimalına dair suala “Çox yaxında ola bilər, tezliklə olacaq” cavabını verib.
Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin müharibəni bitirmək istədiklərini qeyd edən Tramp, "Məncə, Putin müharibəni dayandırmaq istəyir. Mən bunu görürəm. Bu barədə uzun-uzadı danışdıq" – deyə bildirib.
Tramp həmçinin Rusiya və Ukrayna arasında sülh əldə etmək üçün ciddi səylər göstərildiyini vurğulayıb.
"Biz birlikdə işləyirik. Rusiya ilə Ukrayna arasında sülh əldə etməyə çalışırıq və bunun üçün çox çalışırıq. Bu, heç vaxt başlamamalı olan müharibə idi." - deyə bildirib.
Məlumata görə, fevralın 12-də Tramp həm Putin, həm də Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. O, ABŞ və Rusiya nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüş keçirəcəyini bildirib.