Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü N.Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova ailə münaqişəsi zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media