EN

Azərbaycanın nəqliyyat rəsmiləri Gürcüstana gedirlər

Fevralın 18-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstana rəsmi səfər edəcəklər.

Modern.az "Report"a istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü planlaşdırılır.

Tbilisidə keçiriləcək görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, regional tranzit marşrutlarının inkişafı və strateji infrastruktur layihələrinin müzakirə ediləcəyi gözlənilir.

Chosen
38
6
modern.az

7Sources