"Mançester Yunayted" rəhbərliyi komandanın yarımmüdafiəçisi Kristian Eriksenlə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
MY-nin cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq 33 yaşlı danimarkalı futbolçu ilə yeni anlaşma imzalamayacağı bildirilib.
Qeyd edək ki, Eriksen cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.