RU

Eriksenin aqibəti necə olacaq?

"Mançester Yunayted" rəhbərliyi komandanın yarımmüdafiəçisi Kristian Eriksenlə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

MY-nin cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq 33 yaşlı danimarkalı futbolçu ilə  yeni anlaşma imzalamayacağı bildirilib. 

Qeyd edək ki, Eriksen cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
19
fanat.az

1Источники