EN

İşğaldan azad edilmiş ərazilərdə daha 173 mina AŞKARLANDI

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (10.02.2025 - 16.02.2025) açıqlanıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 122 piyada əleyhinə mina, 51 tank əleyhinə mina, 306 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 935,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizim.Media

Chosen
54
45
bizim.media

10Sources