Tanınmış jurnalist İntiqam Valehoğlu son aylar Kapitalbank" kartlarından və ona bağlı "Birbank" proqramlarındakı təhlükəsizlik boşluqlarına görə artan pul oğurluq halları ilə bağlı əhaliyə çağırış edib.
Mia.az xəbər verir ki, jurnalist kartından 50 manat pulun oğurlandığını bildirib. Əlavə edib ki, kart hesabında qalan digər vəsaiti isə nağdlaşdıra bilməyib.
Mia.az kiçik araşdırma ilə müəyyən edib ki, bu bankın təhlükəsizlik departamentinə əcnəbi, daha doğrusu, xarici ölkə vətəndaşı rəhbərlik edir. Sual olunur, niyə?
"Kapitalban"dan Mia.az-a bildirilib ki, kartlarda oğurluq hallarının artmasının səbəbi daha çox istifadəçilərin sosial şəbəkələrdəkii yanlış proqramlara daxil olmaları və ya məxfi saxlanılmalı olan kart məlumatlarını başqaları ilə bölüşmələridir: "Bankın təhlükəsizlik sistemi ilə bağlı hər hansı bir iddianın əsası yoxdur. Buna hər kəs tam əmin ola bilər. Sadəcə, müştərilərimizdən xahiş olunur ki, kart məlumatlarını kiminləsə bölüşməsinlər, sosial şəbəkələrdə cəlbedici fırıldaqçı keçidlərə qarşı həssas davransınlar. Hər hansı bir şübhəli hallarda dərhal bankla əlaqə yaratsınlar..."
Qaldı bankın təhlükəsizliyinə cavabdeh məsul şəxsin xarici ölkə vətəndaşı olmasına, bankdan bildirilib ki, həmin şəxs yüksək səviyyəli mütəxəssisdir: "Burada hansısa pozuntu halı axtarmağa dəyməz".
Samir Musayev
Mia.az