Uzun fasilədən sonra Ansu Fati bu gün "Barselona"nın heyətində meydançaya çıxacaq.
Offsideplus.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İddialara görə, Kataloniya klubunun baş məşqçisi Hansi Flik "Rayo Valyekano" ilə görüşdə 22 yaşlı hücumçuya şans verəcək. İstedadlı futbolçunun adı oyunun protokoluna daxil edilib.
Qeyd edək ki, vaxtilə möhtəşəm oyunu ilə xarüqələr yaradan Fati son vaxtlar kölgəyə çəkilib. Baş məşqçi ona cari mövsümdə cəmi 4 dəfə şans verb.
"Barselona" - "Rayo Valyekano" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.