1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qış parkının ətrafındakı keçiddən uşaq arabası ilə keçmək olmur. Mövcud olan eskalator sistemi isə çalışmır. Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş müraciət edib.
Onun təqdim etdiyi videogörüntüdən aydın olur ki, səslənən iddia reallığı əks etdirir. Bəs görəsən, aidiyyəti qurum məsələdən agahdır?
@oxuaz Qış parkına aparan keçiddə problem Uşaq arabası ilə getmək olmur
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub:
"Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub".
Məhərrəm Əliyev