EN

Azərbaycan əhalisinin sayı ARTIB

Bakı. Trend:

2024-cü ildə ölkə əhalisinin sayı 44 119 nəfər və ya 0,4 faizartaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 224 889 nəfərəçatıb.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 54,4faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər,50,2 faizini isə qadınlar təşkil edib.

Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan MuxtarRespublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faiziLənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala,5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faiziMilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfərolub.

Chosen
37
8
az.trend.az

9Sources