EN

Ötən ay əhalinin gəlirləri 6 milyard manata çatıb

Bakı. Trend:

Cari ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 5milyard 967,8 milyon manat olub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 6,2faiz çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir 584manata çatıb.

Chosen
30
1
az.trend.az

2Sources