Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 17-dəTehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslamRespublikasının Birinci vitse-prezidenti Məhəmməd Reza Arefləgörüşüb.
Trend xəbər verirki, görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti,həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit,neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığınperspektivləri müzakirə olundu.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İranərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyatinfrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinininkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyətinəzərdən keçirildi.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması,dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması,habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digərməsələlər barədə müzakirələr aparıldı.