Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Rizəspor” lider “Qalatasaray”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 24 turdan sonra 63 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 57 xalla ikinci, “Samsunspor” 46 xalla üçüncü, “Eyüpspor” 40 xalla dördüncü, “Beşiktaş” 38 xalla beşinci sırada qərarlaşıb. “Göztəpə”nin 35, “Başakşəhər”in 33, “Kasımpaşa”nın 31, “Trabzonspor” və “Qaziantep”in 29, “Alanyaspor”un 28, “Rizəspor” və “Antalyaspor”un 27, “Konyaspor”un 24, “Sivasspor”un 23, “Kayserispor”un 21, “Bodrumspor”un 20, “Hatayspor”un 13 xalı var. Sonuncu pillədə qərarlaşmış “Adana Dəmirspor” isə -3 xala malikdir və elitanı tərk edəcəyi demək olar ki, şübhə doğurmur.
Türkiyə, Super Liqa
24-cü tur
14 fevral
Adana Dəmirspor – Antalyaspor 1:1
Qollar: Aliui, 28-pen – Larsson, 45.
15 fevral
Qaziantep – Sivasspor 2:1
Qollar: Kozlovski, 33. A.Kızıldağ, 90+1 – Manay, 26-pen.
Başakşəhər – Bodrumspor 0:1
Qol: Puşkaş, 83-pen.
Beşiktaş – Trabzonspor 2:1
Qollar: R.Silva, 53. Bataqov, 65-öz qapısına – Banza, 17.
16 fevral
Hatayspor – Alanyaspor 1:0
Qol: Bamqboye, 56.
Eyüpspor – Kayserispor 1:1
Qollar: E.Mor, 56 – Attama, 90+2.
Konyaspor – Samsunspor 0:1
Qol: Bola, 3.
Fənərbağça – Kasımpaşa 3:1
Qollar: En Nesiri, 21; 71. O.Aydın, 52 – Fall, 62.
17 fevral
Rizəspor – Qalatasaray 1:2
Qollar: Sou, 54 – Osimhen, 47; 86.