"Rusiya-Ukrayna müharibəsində indiyədək 46 mindən çox ukraynalı hərbçi həlak olub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da yerləşən "NBC News" telekanalına müsahibəsində deyib.
O, əlavə edib ki, indyədək təxminən 380 min Ukrayna əsgəri yaralanıb: "Acı faktdır ki, on minlərlə ukraynalı müharibədə itkin düşüb və ya əsir götürülüb. 19 min 500 uşaq isə zorla Rusiyaya qaçırılıb..."
Donald Trampın müharibəyə son qoymaq planı haqda sualı cavablandıran Zelenski xatırladıb ki, ötən həftə onunla telefonla danışıb: "Hesab edirəm, Rusiya ilə danışqılar olacaqsa, bu masada mütləq Avropa da olmalıdır. Əlbəttə, Tramp Rusiya prezidenti Vladimir Putini sülh danışıqlarına məcbur etmək qabiliyyətinə sahibdir. ABŞ, Ukrayna və Rusiya ilə birlikdə Avropanı da masada görməlidir".
Daha sonra Zelenski işğal olunmuş əraziləri heç vaxt Rusiyaya güzəşt etməyəcəklərini bəyan edib: "Biz öz ərazimiz Rusiya ərazisi kimi qəbul etməyəcəyik. Buna heç vaxt razılaşmayacağıq".
Zülfiyyə Mustafayeva
Mia.az