EN

Boliviyada avtobusun dərəyə düşməsi nəticəsində azı 31 nəfər ölüb

Bakı. Trend:

Boliviyanın Potosi departamentində sərnişin avtobusunun 800 metrdərinlikdəki dərəyə aşması nəticəsində ən azı 31 nəfər həyatınıitirib.

Trend xəbər verirki, bu barədə “La Razon” qəzeti məlumat verib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Polisrəsmisi Limbert Çoke bildirib ki, ölənlərin sayı arta bilər, çünkihələ bütün cəsədlər çıxarılmayıb.

Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərialıb və xəstəxanalara yerləşdirilib. Potosi şəhərindən Oruroyagedən avtobusun dərəyə düşməsinin səbəbləri araşdırılır.

Chosen
89
48
az.trend.az

10Sources