EN

ABŞ-yə məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

ABŞ-nin “Delta Hava Yolları”na məxsus sərnişin təyyarəsi Kanadanın Toronto şəhərində Pirson hava limanına enərkən çevrilib.

AZƏRTAC-ın məlumatına görə, qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti nisbətən ağır qiymətləndirilir, lakin həyati təhlükələri yoxdur.

Hadisə yerindən çəkilmiş videoda təyyarənin qarlı uçuş-enmə zolağı üzərində tərsinə çevrildiyi, həmçinin təyyarənin üzərinin də qarlı olduğu görünür.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, 4819 saylı reysin bütün 80 sərnişini və ekipaj üzvləri təxliyə edilib. Uçuş ABŞ-nin Minneapolis şəhərindən həyata keçirilib.
Chosen
21
2
sherg.az

3Sources